Sürücülərin diqqətinə: Nazirlik yollardakı vəziyyəti AÇIQLADI
Yeniliklərdən dərhal xəbərdar olun
Fevralın 8-nə avtomobil yollarında olan vəziyyət açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, fevralın 8-də gecə və səhər saatlarında Bakı-Quba, Bakı-Şamaxı-Yevlax, Bakı-Ələt-Qazax, Quba-Xaçmaz, Quba-Qusar, Masallı-Yardımlı, Lənkəran-Lerik, Ucar-Zərdab-Ağcabədi, Bərdə-İstisu, Ağsu-Kürdəmir-Bəhramtəpə, Xankəndi-Xocavənd, Göyçay-Ucar, Hacıqabul-Şirvan, Xaldan-Mingəçevir, Gəncə-Kəlbəcər-Laçın, Şuşa-Füzuli magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsi 300-800 m-dək məhdudlaşacaq.
Gecə və səhər yüksək dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.
Oxşar xəbərlər
Şənbə günü bu rayonlara gedənlərin NƏZƏRİNƏ: Yollar buz bağlayacaq
Yanvarın 22-də Azərbaycanın avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, sabah gecə...