Sürücüləri bezdirən yol: "Beş metr məsafəni keçmək üçün üç saat tıxacda qalıram"
Yeniliklərdən dərhal xəbərdar olun
Bir qrup vətəndaş Baku TV-nin qaynar xəttinə müraciət edərək Binəqədi şosesi ərazisində yolun bərbad vəziyyətə düşdüyünü bildirib.
Onların sözlərinə görə, ərazidə bir müddət əvvəl kanalizasiya xəttində aparılan təmir-bərpa işlərindən sonra yol əvvəlki vəziyyətinə qaytarılmayıb. Paytaxtda yağan intensiv yağışlardan sonra isə yolda çuxurlar əmələ gəlib.
Bildirilir ki, bu vəziyyət nəqliyyat vasitələrinin hərəkətində ciddi problemlər yaradır, avtomobillərin tez-tez zədələnməsinə səbəb olur və ərazidə tıxacların yaranmasına gətirib çıxarır.
"Bu vəziyyətdə maşın sürmək olmur, avtomobillərimiz dağılır", "Bu yolu aylarla qazdılar, sürücülər tıxacda qalırdı. İndi də belə vəziyyət yaranıb", - deyə sürücülər narazılıqlarını dilə gətiriblər.
Oxşar xəbərlər
Sabah bir rayonda qaz olmayacaq
Sabah Ağdaş rayonunun bir sıra ərazilərində qaz təchizatında fasilə yaranacaq. BAKU.WS xəbər verir ki, bu barədə Ağdaş Rayon İcra Hakimiyyəti məlumat yayıb. Bil...