Sürücülərə XƏBƏRDARLIQ! – Bu hallara YOL VERİLMƏMƏLİDİR
Yeniliklərdən dərhal xəbərdar olun
Bəzi sürücülər avtomobillərinin üzərinə diqqət yayındıran yazılar yerləşdirirlər.
BAKU.WS-in məlumatına görə, bura müxtəlif xarakterli yazılar, şəkillər və bəzək arnamentləri daxildir.
Bəzən avtomobilin üzərinə o qədər lüzumsuz ifadələr yazılır ki, digər sürücülərin diqqətinin yayınması ilə nəticələnir.
Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis mayoru Araz Əsgərli bildirib ki, avtomobillərin üzərində diqqət yayındıran şəkil və yazıların yerləşdirilməsi yolverilməzdir:
”Əxlaqi normalara, mədəni səviyyəyə, mənəvi dəyərlərə sığmayan müxtəlif xarakterli yazılar, ictimaiyyətin qınağı və kəskin ikrah hissinə səbəb olur. Sürücülərdən xahiş edirik ki, avtomobilin əsas təyinatını unutmasınlar. Kiminsə fikir və istəklərini ifadə etmək kimi arzusu varsa, bu qanunla müəyyən edilmiş formada olmalıdır”.
Oxşar xəbərlər
İcma: "Etnik təmizləmə törədənlər və qayıdışımıza mane olanlar məsuliyyətə cəlb edilməlidir"
Qərbi Azərbaycan İcması BMT-nin İnsan hüquqları üzrə Ali Komissiarına müraciət ünvanlayıb. BAKU.WS report-a isinadən xəbər verir ki, məktubda Ermənistanın azər...