Sürücülər "nişan tələsi"ndən şikayətləndilər: "3-5 dəqiqə maşın saxlayan kimi kamera çəkir"
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Zivər bəy Əhmədbəyov və Salatın Əsgərova küçələrinin kəsişməsində minib-düşürmə yerinin olmasına baxmayaraq, sürücülər cərimələnirlər.
Bildiriş lövhəsi avtobus zolağında yerləşdirildiyi üçün yaxınlıqda qısamüddətli parklanma imkanı və ya vətəndaşların rahat minib-düşməsi üçün şərait yoxdur. Sürücülər isə məcburən dayanmalı olurlar və bu səbəbdən də onlara cərimə yazılır.
Yaxınlıqda yerləşən obyekt sahibləri deyirlər ki, həm öz avtomobillərini saxlaya bilmir, həm də gələn müştərilər dayanacaq tapmaqda çətinlik çəkirlər.
"Heç yerdə maşın saxlaya bilmirik. Burada avtobus zolağı var. 3-5 dəqiqə maşın saxlayan kimi kamera çəkir, cərimə yazılır", - sakinlərdən biri söyləyib.
Nəqliyyat eksperti Eldəniz Cəfərovun sözlərinə görə, minib-düşürmə ilə bağlı bildiriş lövhəsinin istənilən yerdə yerləşdirilməsindən asılı olmayaraq, orada fərdi nəqliyyat vasitələrinin dayanıb sərnişini düşürmək və digərini mindirmək hüququ var: "Lakin avtomobilin orada "minib-düşürmək" adı ilə 3-5 dəqiqə saxlanılması qadağandır və bu, sui-istifadə halı hesab olunur. Bakıda tikilən bütün yaşayış və qeyri-yaşayış obyektlərinin parklama yerləri təşkil olunmalıdır. Təəssüf ki, bu məsələyə nəzarət edən yoxdur".
Daha ətraflı Baku TV-nin videomaterialında:
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...