Sürücülər bu halda avtobus zolağından istifadə edə bilər - RƏSMİ
Sürücülər sərnişinlərin minib düşməsi üçün avtobus zolağından istifadə edə bilər.
Bu barədə BAKU.WS-ə Bakı Nəqliyyat Agentliyindən bildiriblər. Qeyd olunub ki, sürücülər bunu o zaman edə bilər ki, həmin yerdə başqa qadağanedici nişan yoxdur.
"Əgər avtobus zolağı qırıq-qırıq nişanlanma xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa digər nəqliyyat vasitələri aşağıdakı hallarda həmin zolaqdan istifadə edə bilər:
Sağa dönərkən (müvafiq kənar vəziyyət tutmaq üçün);
Sağa döndükdən sonra döndüyü yolun sağ kənarına yaxın hərəkət etmək üçün (lakin döndükdən dərhal sonra zolağı tərk eləməlidir);
Başqa qadağalar yoxdursa sərnişinlərin minməsi və düşməsi üçün. Başqa məqsədlər üçün avtobus zolağında nəqliyyat vasitəsi hərəkətsiz vəziyyətə gətirilə bilməz".
Oxşar xəbərlər
Azərbaycanda internetə qoyulan məhdudiyyət nə zaman aradan qaldırılacaq? – RƏSMİ AÇIQLAMA
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Ermənistanın törətdiyi genişmiqyaslı təxribatların qarşısını almaq məqsədilə...