Sürücü görün hansı üsula əl atıb qaydanı pozdu - ANBAAN VİDEO
Paytaxtın Binəqədi rayonu, Cəfər Xəndan ilə Əlişir Nəvai küçəsinin kəsişməsində sürücülərdən biri qayda pozmaq üçün qeyri-adi üsuldan istifadə edib.
BAKU.WS-in əldə etdiyi məlumata görə, o, hərəkətdə üstünlük qazanmaq məqsədilə əvvəlcə piyada svetoforunun düyməsini sıxaraq qarşıdan gələn nəqliyyat vasitələrinin qırmızı işıqda gözləmələrinə səbəb olub. Ardınca isə özü qoşa xəttin tələbini pozaraq geriyədönmə manevri edib.
Bu cür davranışlar təkcə qayda pozuntusu deyil, eyni zamanda məsuliyyətsizlik, digər hərəkət iştirakçılarına qarşı hörmətsizlikdir.
Bakı Şəhər DYP İdarəsindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, hazırda videogörüntü ilə bağlı araşdırma aparılır və sürücü müəyyən edilərək barəsində qanunamüvafiq tədbir görüləcək.
Oxşar xəbərlər
Qalmaqallı hadisəyə görə Səməd Seyidovun köməkçisi də işdən çıxarıldı
Milli Məclisin deputatı Səməd Seyidovun köməkçisinin işdən çıxarıldığı bildirilir. BAKU.WS Demokrat.az-a istinadən xəbər verir ki, buna səbəb bir neçə gün əvvəl...