Sürət qatarlarının gecikməsinin səbəbləri məlum oldu

Sürət qatarlarının gecikməsinin səbəbləri məlum oldu
Açıqlama
Sosial 55

"Qatarların "gecikmə" anlayışı ölkədən-ölkəyə fərqlidir. Bəzi ölkələrdə 5 dəqiqə, digərlərində isə 10-15 dəqiqə və daha uzun müddət gecikmə sayılır. Azərbaycanda qatarların gecikmə tezliyi bir çox ölkələrlə, o cümlədən inkişaf etmiş ölkələrlə müqayisədə, əslində, çox aşağıdır".

Bu sözləri BAKU.WS-ə açıqlamasında Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib.

"Dəmir yollarında qatarların gecikməsinə, pik saatlarında sərnişin çoxluğu, sərnişinlərin qatarların qapısının bağlanmasına imkan verməməsi, nəticədə qapıların bağlanmasında bəzən problem yaranması, ərazidə zəruri təmir işləri, qatarın hərəkəti zamanı sərnişinin halının pisləşməsi və ən yaxın stansiyaya təcili tibbi yardım briqasasının çağırılması, az hallarda isə infrastrukturda qeydə alınan texniki nasazlıq, qatarın qarşısına qəfil insan çıxması, qatarın qarşısına nəzarətsiz buraxılan mal-qaranın çıxması, eləcə də təbiət hadisələri (leysan nəticəsində dəmir yollarında subasma, güclü külək nəticəsində ağacın relsə aşması) səbəb olur. Güclü külək, leysan, qarlı-çovğunlu hava şəraitində qatarların sürəti təhlükəsizlik məqsədilə azaldılır. ADY dəmiryol infrastrukturunun sağlamlaşdırılması və hərəkətin təhlükəsizliyinin davamlı təmin edilməsi məqsədilə davamlı olaraq əsaslı təmir işləri aparır, bu da infrastrukturun dayanıqlılığını daha da möhkəmləndirir",-deyə qurum rəsmisi əlavə edib.

Son xəbərlər