Sürət qatarından istifadə edənlərin NƏZƏRİNƏ! - Cədvəl yenilənəcək
Bakı-Keşlə dəmiryol sahəsində, "Bağırov körpüsü" kimi tanınan ərazidəki dəmiryol infrastrukturunda əsaslı təmir işlərininin sentyabrın 15-nə qədər başa çatdırılması planlaşdırılır.
BAKU.WS xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.
Məlumata əsasən, bununla Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların hərəkət cədvəli yenilənəcək.
Qeyd edək ki, "Bağırov körpüsü" kimi tanınan ərazidəki dəmiryol infrastrukturunda əsaslı təmir işlərinə bu il avqustun 6-da başlanılıb. Nəticədə Abşeron dairəvi və rayonlararası istiqamətlərdə hərəkət edən qatarların qrafikində bəzi dəyişikliklər olunub.
Oxşar xəbərlər
Ölkədə istehsal olunan siqaret və spirtli içkilərlə bağlı statistika açıqlandı
2025-ci ilin yanvar-noyabr aylarında ölkədə 15 milyard 700.4 milyon ədəd siqaret və siqar istehsal olunub. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu əvvəlki...