Suraxanıda saxta yuyucu vasitələr istehsal edən sex aşkarlanıb

Suraxanıda saxta yuyucu vasitələr istehsal edən sex aşkarlanıb
Foto Video
Sosial 118

Suraxanı rayonunda saxta yuyucu vasitələr istehsal edən sex aşkarlanıb.

BAKU.WS DİN-ə istinadən xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsinə rayon ərazisində standartlara cavab verməyən yuyucu vasitələr hazırlayan sexin fəaliyyət göstərdiyi barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı həmin sexin sahibi 1987-ci il təvəllüdlü Ramiz Kojaevi saxlanılıb. Onun Suraxanı rayonu Bülbülə qəsəbəsindəki sexində müxtəlif əmtəə nişanları adı altında qabyuyan maye,sabun,ağardıcı və digər bu tipli təmizləyici vasitələr istehsal etdiyi müəyyən edilib.

Həmçinin,obyektdə sanitar-gigiyena qaydalarına riayət edilmədiyi, istehsalı aparılan məhsulların müvafiq standartlara cavab vermədiyi və istehlakçıların hüquqlarının qorunmasına dair tələblərin pozulduğu aşkarlanıb. Toplanmış material üzrə Suraxanı Rayon Polis İdarəsində istintaq araşdırmaları davam etdirilir.

Oxşar xəbərlər

Ramana qəsəbəsindəki körpüdə TƏHLÜKƏLİ VƏZİYYƏT

Ramana qəsəbəsindəki körpüdə TƏHLÜKƏLİ VƏZİYYƏT

Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən körpü qəzalı vəziyyətə düşüb. BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Kadrlarda kör...

86 Sosial 17:58 19 sentyabr 2024

Son xəbərlər