Sümük iliyi nəqli Türkiyədə dövlət dəstəyi ilə həyata keçirilir

Sümük iliyi nəqli Türkiyədə dövlət dəstəyi ilə həyata keçirilir
Sosial 39

Azərbaycanda sümük iliyi transplantasiyası ilə bağlı imkanlar ildən-ilə genişlənsə də, bəzi hallarda xəstələrin müalicəsi üçün xaricə yönləndirmə zərurəti yaranır.

Bu barədə Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi BAKU.WS-in sorğusuna cavab olaraq məlumat verib.

Mərkəzin bildirdiyinə görə, xaricə göndərilən halların böyük hissəsini sümük iliyi transplantasiyaları təşkil edir. Donoru olan xəstələrin əməliyyatları Talassemiya Mərkəzində dövlət vəsaiti hesabına həyata keçirilir.

Donoru olmayan uşaqlar üçün isə uyğun donor Türkiyənin "TürkKök" ilik bankı vasitəsilə axtarılır. Donor tapıldıqdan sonra isə əməliyyatlar "Sümük iliyi transplantasiyası xidmətlərinin təkmilləşdirilməsi" layihəsi çərçivəsində dövlət proqramı ilə Türkiyədə icra olunur.

Mərkəz qeyd edib ki, bu addımlar nadir xəstəliklərlə mübarizə aparan uşaqların həyatı üçün mühüm əhəmiyyət daşıyır.

Şahanə Xankişiyeva

Son xəbərlər