Sumqayıtda partlayış baş vermiş binanın sakinlərinə kirayə haqqı veriləcək?
"Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində baş verən partlayışın nəticələrinin aradan qaldırılması ilə bağlı tədbirlər davam etdirilir".
Oxu.Az xəbər verir ki, bu barədə Baku TV-yə Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri Eyvaz Qocayev məlumat verib.
"Təhlükəsizlik məqsədilə binada ilkin bərkitmə işləri artıq həyata keçirilib. Bina 6 girişdən ibarətdir və artıq 3 girişdə yaşayış tam şəkildə təmin edilib. Partlayış baş verən girişdə sakinlərin əşyalarını çıxarması üçün şərait yaradılıb. Onların müvəqqəti mənzillərin kirayə haqqının ödənilməsi isə dövlət hesabına həyata keçiriləcək", - deyə o bildirib.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
"Əl enerjisi" ilə müalicə edən əcnəbiyə otağı kirayə verən şəxs DANIŞDI
Bakıda fəaliyyət göstərən özəl estetik klinikalardan birində "əl enerjisi" ilə müalicə apardığı iddia olunan əcnəbi saxlanılıb. BAKU.WS Xəzər TV-yə istinadən xə...