Sumqayıtda "ölüm növbəsi" gözləyən bina: "Dedilər ki, mümkün deyil, dağılacaq"
Sumqayıt şəhəri, 15-ci məhəllə, 4 saylı yataqxanada yaşayan sakinlər Baku TV-nin qaynar xəttinə müraciət edərək bildiriblər ki, artıq bir neçə ildir şəraitsiz vəziyyətdə yaşayırlar.
Onların sözlərinə görə, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, şikayətlərinə baxılmayıb.
"Artıq dözə bilmirik. Ailəmiz 5 nəfərdən ibarətdir, iki uşağımız xəstədir. Beş nəfər bir balaca otaqda yaşayırıq. Buna niyə bir əncam tapılmır? Deyirlər ki, köçürüləcəksiniz, amma ortada heç nə yoxdur. Gözləyə-gözləyə qalmışıq. Orucluq ayı girən kimi bina uçub-tökülməyə başladı", - sakinlərdən biri deyib.
Digər sakin isə bildirib:
"1977-ci ildən bu yataqxanada yaşayıram. Şəraiti yoxdur, hər gün başımıza uçub-tökülür, baxan yoxdur".
Məsələ ilə bağlı yataqxananın komendantı Fazil Hacıyev açıqlama verib. O bildirib ki, ərazi plana düşüb:
"Oradakı binalar söküləcək və yerində yeni binalar tikiləcək. Sakinlərə isə müvafiq qaydada kompensasiya ödəniləcək".
Oxşar xəbərlər
Son vaxtlar niyə hamını "tok vurur"? - Həll yolu
Son vaxtlar bir çox insan gündəlik həyatda metal qapıya, lift düyməsinə və ya avtomobilin qapısına toxunarkən xırda elektrik zərbəsi hiss etdiyini bildirir. Müt...