Sumqayıtda məktəbin qarşısında ACINACAQLI VƏZİYYƏT: Yol keçilməz olub
Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsinin sakinləri yol problemindən şikayətçidirlər.
Sakinlərin sözlərinə görə, yolda uzun müddətdir aparılan təmir işləri hələ də başa çatmayıb. Son günlər yağan intensiv yağışlar isə vəziyyəti daha da çətinləşdirib.
"Bir ilə yaxındır ki burada təmir işləri getsə də, proses hələ də yekunlaşmır. Yağış yağanda hərəkət etmək daha da çətinləşir. Mağazaya getmək üçün bir saat vaxt sərf edirəm", - onlardan biri söyləyib.
Digər bir vətəndaş isə narazılığını belə ifadə edib: "Yollar palçıq içindədir. Uşaqlar məktəbə gedə bilmirlər. Maşınlar, avtobuslar bu yolda batır, insanlar əziyyət çəkirlər. Yol tez bir zamanda düzəlsə, yaxşı olar".
Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, şəhərdə kanalizasiya və yağış suları sisteminin yenidən qurulması istiqamətində mühüm infrastruktur layihəsinin icrasına başlanılıb: "Sözügedən ərazidə yeni kanalizasiya xətti çəkilib və hazırda həmin hissədə işlər yekunlaşmaq üzrədir. Layihə çərçivəsində nəzərdə tutulan işlər tam başa çatdıqdan sonra ərazidə asfaltlanma prosesi həyata keçiriləcək".
Daha ətraflı Baku TV-nin videomaterialında:
Oxşar xəbərlər
Leyla Əliyeva Səhiyyə Nazirliyi 5 saylı Uşaq Vərəm Sanatoriyasını ziyarət edib
Dekabrın 11-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və səhiyyə naziri Teymur Musayev Səhiyyə Nazi...