Sumqayıtda kanalizasiya və yağış suları sistemi yenidən qurulacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti Sumqayıt şəhərində kanalizasiya və yağış suları sisteminin yenidən qurulması ilə bağlı işlərə başlayır.
BAKU.WS bu barədə agentliyə istinadən xəbər verir.
Məlumata görə, işlərin icrası üçün "EL EPCM" MMC ilə dəyəri 41 505 292 manat olan müqavilə imzalanıb. İşlərə dekabrın ilk günlərindən başlanılacaq.
İlkin olaraq, "Acı dərə" kanalının trassası boyu kanalizasiya və yağış suları sistemi yenidən qurulacaq. Artıq bununla bağlı hazırlıqlara başlanılıb.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...