Sumqayıtda avtobuslarda gediş haqqı ARTIRILACAQ - Tarix açıqlandı
"Bizə daxil olan məlumata görə, ilin sonunadək Sumqayıt şəhəri CNG (sıxılmış təbii qaz) və elektriklə işləyən 100 ədəd nəqliyyat vasitəsi ilə təmin olunacaq və yanvardan kart sistemi tətbiq olunacaq".
BAKU.WS xəbər verir ki, bu sözləri Bizim.media-ya açıqlamasında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəis müavini Tofiq Saydumov deyib.
O bildirib ki, yanvardan Sumqayıt şəhərində gediş haqqı 60 qəpik olacaq:
"Hazırda Sumqayıtda gediş haqqı 50 qəpikdir. Yeni avtobuslar gəldikdə və kart sistemi qurulduqda sərnişinlərin kartından gediş haqqı üçün avtomatik olaraq 60 qəpik çıxacaq".
Xatırladaq ki, oktyabrın 1-dən ictimai nəqliyyatda gediş haqqı 50 qəpikdən 60 qəpiyə artırılıb. Bu artım müasir tələblərə cavab verən yalnız elektrik və CNG yanacaq növlü avtobuslara aiddir.
Oxşar xəbərlər
Pensiya kapitalı ilə bağlı ŞAD XƏBƏR - Gələn ildən...
"Ölkədə gələn il həm pensiyalar, həm də pensiya kapitalının indeksləşdirilməsi nəzərdə tutulur". Bu sözləri BAKU.WS-ə Milli Məclisin İqtisadi siyasət, sənaye v...