Sumqayıtda 1500 abonentin qazı kəsiləcək
07
avq
2026
10:29
Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsinin qaz təchizatında fasilə yaranacaq.
BAKU.WS xəbər verir ki, "Azəriqaz" İB Sumqayıt QİS-dən verilən məlumata görə, d57 mm-lik qaz xəttində sızmaların ləğv edilməsi ilə əlaqədar qəsəbə ərazisində bu gün saat 11:00-dan etibarən təmir işləri həyata keçiriləcək.
Bununla əlaqədar qəsəbədəki 1500 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.
İşlər yekunlaşdıqdan sonra qazın verilişi bərpa ediləcək.
Oxşar xəbərlər
Kartdan-karta köçürmələrlə bağlı VACİB AÇIQLAMA: Hansı əməliyyatlara limit qoyulacaq?
Kartdan-karta köçürmələrə tətbiq ediləcəyi bildirilən yeni qaydalarla bağlı müzakirələr davam edir. Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir N...