Sumqayıt-Yalama dəmir yolu nə vaxt istifadəyə veriləcək? – RƏSMİ CAVAB
Yeniliklərdən dərhal xəbərdar olun
"Mühüm layihələrdən biri də Şimal-Cənub dəhlizi üzrə əsas xətlərdən olan Sumqayıt-Yalama dəmir yolunun yenidən qurulmasıdır. İşlərin 2025-ci il ərzində başa çatdırılması planlaşdırılır".
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.
"Sumqayıt-Yalama dəmir yolu xəttinin layihələndirilməsi işləri tamamlanıb, tikinti-quraşdırma işlərinin 93 faizdən çoxu yekunlaşıb.
Şimal-Cənub dəhlizi üzrə digər mühüm xətlərdən olan Ələt-Osmanlı-Astara dəmir yolu xəttinin enerji və rabitə-işarəvermə sistemlərinin layihələndirilməsi, yenidən qurulması və tikintisi işləri də davam etdirilir. İşlərin icrasına 2024-cü ildən başlanılıb, sözügedən işlərin 2028-ci ildə başa çatdırılması planlaşdırılır.
Ələt-Osmanlı-Astara dəmir yolu xəttinin layihələndirilməsi işlərinin 55, tikinti-quraşdırma işlərinin 34%-i yerinə yetirilib",-deyə məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Sabah bir rayonda qaz olmayacaq
Sabah Ağdaş rayonunun bir sıra ərazilərində qaz təchizatında fasilə yaranacaq. BAKU.WS xəbər verir ki, bu barədə Ağdaş Rayon İcra Hakimiyyəti məlumat yayıb. Bil...