"Sumqayıt Texnologiyalar Parkı"nın baş direktoru istefa verdi

"Sumqayıt Texnologiyalar Parkı" MMC-nin (STP) baş direktoru Emin Məmmədov tutduğu vəzifədən istefa verib.
BAKU.WS report-a istinadən xəbər verir ki, onun vəzifəsindən azad edilməsi ilə bağlı ərizəsi artıq təsdiqlənib və iyulun 15-dən sonra işini tərk edəcək. E.Məmmədovun yerinə hələlik təyinat yoxdur.
Xatırladaq ki, o, müxtəlif illərdə Böyük Britaniyanın HSBC bankında, Avropa Yenidənqurma və İnkişaf Bankında, eləcə də "Express Bank" ASC-də çalışıb.
STP 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 225,9 milyon manatdır. Şirkət İqtisadiyyat Nazirliyinə məxsus “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin rezidentidir və ötən ilin noyabr ayından "PAŞA Holdinq" MMC-nin nəzarətinə keçib.
Oxşar xəbərlər
Azərbaycan bu aparatları istehsal edəcək – FOTO
Sumqayıt Texnologiyalar Parkının istehsal etdiyi terminal və köşk tipli avadanlıqları artıq “STP Terminal” brendi altında təqdim ediləcək.BAKU.WS xəbər verir ki...