Sumqayıt şəhərini Saray körpüsü ilə birləşdirən yolla bağlı son vəziyyət

Sumqayıt şəhərini Saray körpüsü ilə birləşdirən yolla bağlı son vəziyyət
Foto Video
Sosial 108

Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində, dəmir yolu xətti və Samur-Abşeron kanalı üzərində yerləşən yeni körpüyə aparan yanaşma yollarının genişləndirilməsi işləri davam etdirilir.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, layihə çərçivəsində mövcud yolların eni artırılaraq hər istiqamət üzrə iki zolaq olmaqla ümumilikdə 4 hərəkət zolaqlı yola çevrilir. Genişləndirmə işləri ilə yanaşı, zəruri sahələrdə istinad divarlarının tikintisi və vətəndaşların təhlükəsiz hərəkətini təmin etmək məqsədilə piyada səkilərinin inşası da nəzərdə tutulub.

"Artıq istinad divarının alt hissəsində svay vurma işləri tamamlanıb. Hazırda istinad divarlarının inşası və uçqun riski olan ərazilərdə dolğu işləri həyata keçirilir. Bu mərhələnin başa çatmasından sonra mövcud asfalt örtüyünün frezlənməsi, yeni asfalt örtüyünün döşənməsi və piyada səkilərinin tikintisi işlərinə başlanılacaq.

Xatırladaq ki, bir müddət əvvəl Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən, istismar müddətini başa vurmuş və qəzalı vəziyyətdə olan 2 hərəkət zolaqlı avtomobil körpüsü Nəqliyyatı Əlaqələndirmə Şurasının qərarına əsasən sökülüb, onun yerində 4 hərəkət zolaqlı yeni körpü inşa edilib", - deyə məlumatda bildirilib.

Son xəbərlər