Sumqayıt-Bakı ekspres avtobusları GECİKİR
14
okt
2024
08:44
Sumqayıtdan Bakı, Bakıdan Sumqayıt istiqamətində hərəkət edən ekspres avtobuslarda gecikmə qeydə alınıb.
Bununla bağlı Oxu.Az-a sərnişinlər məlumat verib.
Qeyd olunub ki, Sumqayıt avtovağzalında insanlar avtobus tapmaqda çətinlik çəkirlər.
"Normalda hər iki dayanacaqdan 10 dəqiqədən bir çıxmalı olan ekspers avtobuslar 20 dəqiqədən çoxdur ki, yoxdurlar. İşə getməli olan insanlar yağışın altında qalıblar",- deyə şikayətçi bildirib.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu verilib.
Qalereya
Bakı-Sumqayıt ekspress avtobusları
Azərbaycan
Sumqayıt
Bakı
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)
Oxşar xəbərlər
Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva oktyabrın 26-da Şamaxıdakı "Nəsimi Bağları" kompleksində olublar. BAKU.WS xəbər verir ki...