Sulutəpədə yağışın fəsadları: "Vəziyyət çox ağır idi"
Bir neçə gün əvvəl yağan intensiv yağışlar nəticəsində Sulutəpə qəsəbəsinin Xələfli küçəsi iflic vəziyyətinə düşüb.
Yağış suları ərazidə yerləşən evləri basıb, sakinlər çətin vəziyyətlə üzləşiblər. Şikayətlərdən sonra aidiyyəti qurumlar problemin aradan qaldırılması istiqamətində tədbirlərə başlayıb.
Sakinlərin sözlərinə görə, məsələ ilə bağlı müraciətə operativ reaksiya verilib.
"İki gün əvvəl yağan güclü yağışdan sonra evlərimizi su basmışdı, vəziyyət çox ağır idi. Şikayətimizdən sonra "Azərsu" məsələni nəzərə aldı və hazırda ərazidə işlər aparılır", - deyə sakinlərdən biri bildirib.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Oxşar xəbərlər
Ən dəlisov bürclər AÇIQLANDI
Astroloqların fikrincə, bürclər insan xarakterinə birbaşa təsir göstərir. Bəzi bürclər daha sakit və təmkinli xarakteri ilə seçildiyi halda, digərləri emosional...