Sükan arxasında “TikTok” çəkən sürücü işdən azad edilib - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün sükan arxasında video çəkən sürücü ilə bağlı məlumat vermişdik. Sözügedən hadisənin 525 saylı sərnişin avtobusunda lentə alındığı və rəsmi olaraq sürücünün işdən azad edildiyi bildirilib.
BAKU.WS-in məlumatına görə, bu barədə "oxu.az"-a 525 saylı marşrut xətti üzrə daşıyıcı şirkətin rəhbəri Rövşən Salamov bildirib ki, həmin işçi şiddətli töhmət alıb və işdən azad edilib:
“Avtobusda qeydə alınan videogörüntülər mayın 15-nə aiddir. Bildiyiniz kimi ayın 16-sı ictimai nəqliyyat fəaliyyətə başlayacaqdı. Bu məqsədlə avtobuslar dezinfeksiya edilirdi. Həmin sürücü avtobusu qarajın yaxınlığında olan avtoyuma məntəqəsinə aparıb. Həmin gün avtobusda sərnişin olmayıb.
Sürücü və iki nəfər texniki işçi olub. Videogörüntülərdə pulların düzülməsi məsələsi isə sabah üçün hazırlıq olub. Məsələ ilə bağlı dərhal tədbir görülüb və sürücü işdən azad edilib”.
Oxşar xəbərlər
Bakıda 27 marşrut xəttinin hərəkət sxemi dəyişdirilib
Bakı-Sumqayıt yolunda aparılan yenidənqurma işləri çərçivəsində 30 aprel və 1 may tarixlərində Moskva prospektindən 20 Yanvar dairəsinə şəhərdən çıxış istiqamət...