Su-kanalizasiya işləri apardılar, asfalt qatını təmir etməyi unutdular
Yolun asfalt örtüyü su-kanalizasiya işləri aparılarkən dağıdılıb... Layihə başa çatdıqdan sonra isə yenidən asfaltlanmayıb...
BAKU.WS Xezerxeber.az-a istinadən xəbər verir ki, görüntülər Gəncə şəhərinin Aşıq Ələsgər küçəsindəndir.
Sakinlərin sözlərinə görə, layihə çərçivəsində nəzərdə tutulan işlər başa çatdıqdan sonra yolun asfalt örtüyünün bərpa olunmaması onları ciddi çətinliklərlə üz-üzə qoyub.
Xüsusilə yağışlı havalarda küçə ilə axan sel və yağış suları yolu keçilməz vəziyyətə salır, hərəkəti çətinləşdirir.
Məsələ ilə əlaqədar Gəncə Şəhər İcra Hakimiyyətindən bildirildi ki, şəhərdə həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Aşıq Ələsgər küçəsinin bir hissəsi AYNA-nın sifarişi ilə Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən asfaltlanib. Digər hissəsinin isə şəhərdə görülən abadlıq işləri çərçivəsində növbəti mərhələdə asfaltlanması nəzərdə tutulur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Oxşar xəbərlər
Bakı metrosuna yüz milyon dollarlıq vəsait ayrıldı
"Bakı metrosunun genişləndirilməsi layihəsi - I mərhələ" çərçivəsində 180 milyon ABŞ dolları məbləğində maliyyələşmə müqaviləsi imzalanıb. İnvestisiyaların təmi...