Stomatoloqlardan 1 800 manat icarə haqqı tələbi qiymətlərə necə təsir edəcək?
Son günlərdə paytaxtda fəaliyyət göstərən stomatoloqlardan hər kabinet üçün ayda 1800 manat, bölgələrdə isə 1200 manat tələb olunduğuna dair iddialar yayılıb.
BAKU.WS-in məlumatına görə, məsələ ilə bağlı TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov "Xəzər Xəbər"ə açıqlama verib.
O bildirib ki, stomatoloqlar arasında qeyri-rəsmi ödəniş halları kifayət qədər çoxdur və bu problemin aradan qaldırılması məqsədilə TƏBİB tərəfindən müvafiq müzakirələrə artıq start verilib.
"Bu barədə konkret rəqəm və sayla danışmaq hələlik düzgün deyil. Çünki rəsmi qərar yoxdur", – deyə V. Qurbanov əlavə edib.
Oxşar xəbərlər
Qobustanda körpünün çökdüyü ərazidən son görüntülər
Qobustan ərazisində, M-2 avtomobil yolunun 55-ci km-də yerləşən qəzalı körpünün sökülməsi ilə əlaqədar alternativ marşrutda təmir işləri aparılır. BAKU.WS xəbər...