İstirahət olmayacaq, rayonlara gediş isə...

"Bu mövsümdə insanların bölgələrə gedib istirahət etməsi, təəssüf ki, mümkün olmayacaq. Əgər infeksiya bu şəkildə artmaqda davam etsə, rayonlara yol açılmayacaq və istirahətə gedə bilməyəcəklər".
BAKU.WS xəbər verir ki, bu sözləri ölkənin baş infeksionisti Cəlal İsayev Musavat.com-a müsahibəsində deyib.
İnfeksionist bildirib ki, hər insanın yanına bir polis, bir məmur qoymaq olmaz:
"İnsan özü anlamalıdır ki, maska olmalıdır, biz müəyyən müddət maskada gəzməyə məcburuq. Çin bu cür məcburi qaydaların hesabına koronavirusa qalib gəldi. Biz də buna könüllü əməl etməliyik. Mütləqdirmi, kimsə bizi cərimələsin, maska taxmağa məcbur eləsin?”
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva modul tipli ilk xəstəxananın açılışında iştirak ediblər
Mayın 7-də Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışı olub. BAKU.WS azərtac-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Ə...
