İspaniyada COVID-19 pasportlarına qarşı etiraz aksiyası keçirildi
Yeniliklərdən dərhal xəbərdar olun
Barselona və Valensiyada yeni koronavirusla bağlı məcburi peyvənd sertifikatları alınmasına qarşı etirazlar keçirilib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə “Europa Press” agentliyi məlumat yayıb.
Məlumata görə, Barselona keçirilən mitinqə 3 minə yaxın insan qatılıb.
Nümayiş iştirakçıları əllərində “Tibbi pasport, totalitar dövlət” və “Seçimimizə hörmətlə yanaşın” sözləri yazılmış plakatlar daşıyıblar.
Mitinqə əksəriyyət maskasız gəlib, onlar “Azadlıq” şüarları da səsləndiriblər.
Qeyd edək ki, ölkədə barlara, restoranlara, idman zallarına, qocalar evlərinə və gecə həyatı üçün yerlərə giriş üçün COVID-19 pasportu tələb olunur.
Oxşar xəbərlər
Gürcüstanda COVID pasportlarına qarşı etiraz aksiyası keçirildi
Gürcüstanda minlərlə vətəndaş paytaxt Tbilisinin mərkəzi prospektləri ilə yürüş edərək COVID pasportları sisteminin tətbiqinə etiraz ediblər. BAKU.WS "Oxu.az"a...