Sosial şəbəkələrdə bankların adından saxta reklamlar paylaşılır - XƏBƏRDARLIQ + FOTO

Sosial şəbəkələrdə bankların adından saxta reklamlar paylaşılır - XƏBƏRDARLIQ + FOTO
Sosial 58

“Sosial şəbəkələrdə ölkədə fəaliyyət göstərən banklar adından sosial kampaniyalar barədə saxta reklamlar paylaşılır. Vətəndaşlardan kampaniyada iştirak üçün göndərilən keçidə daxil olaraq bank və digər fərdi məlumatlarını yazmaq tələb olunur”.

Bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

“Vətəndaşlara belə reklamlara etimad etməməyi və hər hansı şirkətin həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda, ilk növbədə, həmin şirkətlə əlaqə saxlamağı və yaxud şirkətin rəsmi veb-saytına daxil olaraq məlumatı dəqiqləşdirmələrini tövsiyə edirik”, - məlumatda bildirilib.

Sosial şəbəkələrdə bankların adından saxta reklamlar paylaşılır - XƏBƏRDARLIQ + FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər