Sosial şəbəkələrdə yaş senzi: "Uşaqlar uyğunsuz videolara baxır və onları təkrarlayırlar"
Uşaqların sosial şəbəkələrdən istifadəsi məsələsi qanunla tənzimlənəcək.
Belə ki, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanuna şəxslərin platformada qeydiyyatına dair tələblərlə bağlı yeni maddə əlavə edilir.
Bununla bağlı qanun layihəsi iyunun 8-də keçirilən Milli Məclisin iclasında müzakirəyə çıxarılıb. Yeni maddəyə əsasən, 16 yaşı tamam olmamış şəxslərin platformada fərdi rəqəmsal hesablarının yaradılmasına yol verilmir.
Baku TV mövzu ilə əlaqədar paytaxt sakinləri arasında sorğu keçirib. Vətəndaşlar yeni maddənin tərəfdarı olduqlarını deyiblər.
"Uşaqlar sosial şəbəkələrdə yaşlarına uyğun olmayan videolara baxıb, həmin hərəkətləri təkrarlayırlar", "Nəvələrimi sosial şəbəkələrdən uzaqlaşdırmağa çalışıram, amma çətinlik çəkirəm", - deyə sakinlər məsələyə münasibət bildiriblər.
Yeni qanun layihəsinə əsasən, platformaların siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təyin olunur. Provayder platformada fərdi rəqəmsal hesabın yaradılması zamanı yaş məhdudiyyətinə nəzarəti təmin etmək üçün şəxsin yaşı bəyan edilməlidir.
Bəyan edilən yaşın dəqiqləşdirilməsi, 16-18 yaş arası uşağın qanuni nümayəndəsinin fərdi rəqəmsal hesabın yaradılmasına razılığının alınması üçün bank kartı, elektron poçt ünvanı və mobil telefon nömrəsi üzrə məlumatlar təqdim olunmalıdır.
Oxşar xəbərlər
Azərbaycan filmlərinin gizli arxivi ilk dəfə açıldı - REPORTAJ
Baku TV Azərbaycan kino tarixinin unudulmaz səhifələrinə işıq salan eksklüziv reportaj hazırlayıb. Reportajda Əməkdar incəsənət xadimi Ələkbər Muradovun oğlu,...