Sosial şəbəkələrdə qadınları şantaj edən hakerə HÖKM OXUNDU

Sosial şəbəkələrdə qadınları şantaj edən hakerə HÖKM OXUNDU
Sosial 42

Sosial şəbəkələrdə "Roman" adı ilə qadınları şantaj edən Yaşar Məmmədovun cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunaraq Yaşar Məmmədov 5 il azadlıqdan məhrum edilib.

Araşdırma zamanı məlum olub ki, Y.Məmmədov qadınların sosial şəbəkədəki fotolarını götürərək saxta hesablar açıb və onların şəkillərini orada paylaşıb. Daha sonra isə başqa hesab vasitəsilə həmin qadınlara yazaraq özünü onlara "Roman" adı ilə tanıdıb.

Qadınlarla tanış olduqdan sonra dostunun haker fəaliyyəti göstərdiyini və müəyyən pul müqabilində həmin hesabların silinməsinin mümkün olduğunu bildirib. Bu kimi vədlərlə onların ümumilikdə 5 min manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirib. İstintaq zamanı Y.Məmmədovun respublikanın digər şəhər və rayon sakinlərinə qarşı da analoji cinayətlər törətdiyi müəyyən edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2 və 182.2.2 maddələri ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.

Son xəbərlər