Sosial şəbəkələrdə "Baku TV" kimi etibarlılığı qazanan az platforma var
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün sosial şəbəkələrdəki məlumatlar o qədər də etibarlı deyil.
BAKU.WS xəbər verir ki, bunu "Baku TV"nin baş direktoru Ramin Cəfərov "Real TV"də yayımlanan "Media masası" verilişində deyib.
O qeyd edib ki, sosial şəbəkələrdə məlumatlar etibarlı mənbədən verilmir:
"Sosial şəbəkədə "Baku TV" kimi etibarlılığı qazanan az platforma var. Bizim abunə sayımız milyonyarıma yaxınlaşır. Düşünürəm ki, bu, etimada görədir. Bizim insanların maraq dairəsi var. Kriminal xəbərlər maraq dairəsindədir. Fəaliyyətimiz 8 ilə yaxınlaşır. 4 milyard baxış toplamışıq. Baxan şəxslərin zövqünü oxşamışıq".
Onun sözlərinə görə, televiziya və sosial medianın müqayisəsi yanlışdır, çünki hər birinin öz rolu var. "Televiziya və sosial şəbəkələr müqayisə olunmamalıdır", - o deyib və əlavə edib ki, sosial şəbəkənin və ənənəvi televiziyanın öz qanunlar var, hər ikisi tam fərqli mühitdir.
O deyib ki, illər keçdikcə sosial şəbəkələri də yeni sistem əvəzləyəcək, yeni nəsil həmin sistemdən istifadə edəcək.
Ramin Cəfərov diqqətə çatdırıb ki, "Baku TV" xəbər, informasiya kanalı olmağına baxmayaraq tarixi, yaddaşı xatırlatmağa böyük diqqət yetirir. Bu səbəbdən "Aydın tarix" kimi proqramlar yayımlanır. Gənclərlə bağlı layihələr də həyata keçirilir.
"Gənclərlə bir layihəmiz var - Rəqəmsal Media Məktəbi. İndiyədək öyrəndiklərimizi gənclərə də aşılayırıq", - direktor bildirib.
Oxşar xəbərlər
Hökməli qəsəbəsinin sakinlərinin NƏZƏRİNƏ! Bu avtobuslar YENİLƏNİR
Noyabrın 1-dən metronun "Memar Əcəmi" stansiyasını Hökməli qəsəbəsi ilə əlaqələndirən 156 və 156A nömrəli marşrut avtobusları yenilənir. Bu barədə BAKU.WS-ə Rəq...