Sosial şəbəkədə reklam BİABIRÇILIĞI: Açıq-saçıq geyimdə "bazar olsun"
Yeniliklərdən dərhal xəbərdar olun
Son günlər sosial şəbəkələrdə yayılan bəzi reklam videoları ictimai qınağa səbəb olub.
BAKU.WS-in məlumatına görə, qadınların açıq-saçıq geyimdə, bəzən isə etik normalara zidd hərəkətlər edərək mağaza geyimlərini tanıtması geniş müzakirələrə yol açıb.
Bu cür reklamlar nəinki cəmiyyətin mədəni dəyərlərinə ziddir, həm də azyaşlıların psixologiyasına mənfi təsir göstərir. Sosial mediada yayılan bu tip kontentlər əxlaqi dəyərləri sarsıdır və gənclərdə yanlış nümunələrin formalaşmasına səbəb olur.
Reklam bazarında etik prinsiplərin pozulması ictimaiyyətin etirazına səbəb olmaqla yanaşı, brendlərin də imicinə ciddi zərər vurur. Şirkətlərin diqqət yetirməli olduğu əsas məqam reklam vasitəsilə məhsulu tanıtmaq, lakin bunu etik çərçivədə etməkdir.
Qeyd edək ki, bu cür hallara qarşı ciddi addımların atılması labüd olub. Əks halda, vəziyyət həm sosial mühitə, həm də ailə dəyərlərinə mənfi təsirlərini artıracaq.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...