Sosial şəbəkədə "arıqlama çayı" satışı ilə bağlı saxtakarlıq: Dövlət qurumu hərəkətə keçdi

Sosial şəbəkədə arıqlama çayı satışı ilə bağlı saxtakarlıq: Dövlət qurumu hərəkətə keçdi
Foto Video
Sosial 10

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sosial platformalar üzərindən həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində qanunsuz satışa çıxarılan "Tea By Gunay" və "Metobix çayı" əmtəə nişanlı "arıqlama çayı" məhsulları aşkarlanıb.

BAKU.WS xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Baxış zamanı məhsulların qanunvericiliyin tələblərinə uyğun etiketlənmədiyi müəyyən edilib. Belə ki, məhsulların üzərində yararlılıq müddəti, istehsalçının ünvanı, məhsulun tərkibi və digər zəruri məlumatlar qeyd olunmayıb. Həmçinin məhsulların üzərində xəstəliklərin müalicəsində istifadə olunduğu barədə məlumatların yerləşdirildiyi və müvafiq icazə sənədi olmadan satışının həyata keçirildiyi aşkarlanıb.

Günay Abas qızı Həsənova və Çiçək Alı qızı Mehtizadə izahatlarında qeyd olunan çayları müxtəlif apteklərdən əldə edərək təbii otlardan hazırladıqlarını və məhsulları ev şəraitində qablaşdırıb hər hansı icazə sənədi olmadan "Instagram" hesabları ("tea_by_gunay", "healthby_mehtizadeh") vasitəsilə onlayn satdıqlarını bildirib. Araşdırma zamanı sözügedən şəxslərin sosial media hesablarında özlərini "həkim-diyetoloq" kimi təqdim etdikləri də müəyyən edilib.

Faktlarla bağlı inzibati protokol tərtib edilib, məhsullardan nümunələr götürülərək keyfiyyət və təhlükəsizlik göstəricilərinin müəyyənləşdirilməsi məqsədilə laborator müayinələrə cəlb olunub. Eyni zamanda, qanunsuz sahibkarlıq fəaliyyəti və tibbi fəaliyyətlə bağlı aidiyyəti dövlət orqanlarına rəsmi müraciətlər göndərilib.

AQTA bir daha istehlakçılara sosial şəbəkələr və digər onlayn platformalar vasitəsilə satılan, xüsusilə arıqlama məqsədilə istifadə olunan məhsulları alarkən diqqətli olmağı tövsiyə edir. Belə məhsullar alınarkən onların etiket məlumatlarının tamlığına, istehsalçı və məhsulun tərkibi barədə məlumatların mövcudluğuna, eləcə də satışının qanunvericiliyin tələblərinə uyğun həyata keçirilib-keçirilmədiyinə diqqət yetirilməlidir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər