"Son zəng" tədbirlərinə qoyulan tələblər: Vətəndaşlar nə düşünürlər?
İyunun 13-də məktəb həyətlərində yenidən son zəng sədaları eşidiləcək.
Ancaq şagirdlərin səbirsizliklə gözlədiyi tədbir əvvəlki illərdən fərqlənəcək.
Tələblərə əsasən, şagirdlər məktəbli formasında iştirak etməli, bayağı musiqilər səsləndirilməməli və tədbirlər müəyyən olunmuş qaydalara uyğun keçirilməlidir.
Baku TV-nin mövzu ilə əlaqədar paytaxt sakinləri arasında keçirdiyi sorğu zamanı kimi qaydaların nizam-intizam yaratdığını, kimi isə son zəngin daha sərbəst və yaddaqalan olmasının tərəfdarı olduğunu söyləyib.
"Son zəng" bir dəfə keçirilir. O da şagirdlərin istədiyi kimi olmalıdır", "Qərarı düzgün hesab edirəm. Məktəbli imicinin olması vacibdir", - deyə sakinlər məsələyə münasibət bildiriblər.
Oxşar xəbərlər
Bakıda "Force of Love" 2026 yay festivalı keçirilib
5–7 iyun tarixlərində Space13 incəsənət məkanında NARGIS jurnalının təşkilatçılığı ilə yaradıcılığı, sənətkarlığı və canlı ünsiyyəti bir araya gətirən genişmiqy...