Son zəng iyunun 13-də keçiriləcək - Yeni təlimatlar göndərildi
Bu il dövlət ümumi təhsil müəssisələrində "Son zəng" tədbirləri iyunun 13-də təşkil olunacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, "Son zəng" tədbirlərinin təşkili ilə bağlı müvafiq təlimatlar məktəblərə göndərilib. Təlimatın tələbləri barədə şagirdlər, müəllimlər və valideynlərlə maarifləndirici söhbətlər aparılır.
Təlimata əsasən, tədbirlər saat 09:00-da başlamalı və maksimum iki saat davam etməlidir.
Məzunların tədbirə məktəbli formasında qatılması tələb olunur. Onların geyimi və ümumi görünüşü təhsil müəssisəsinin daxili nizam-intizam qaydalarına uyğun, səliqəli olmalıdır.
"Son zəng" Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açılacaq, daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.
Sənəddə qeyd olunur ki, tədbirlər zamanı bayağı musiqilərdən istifadə edilməsinə yol verilməyəcək.
Bundan başqa, tədbirə dəvət olunan rəsmi qonaqlar üçün xüsusi hazırlıq görülməməli, masalarda yalnız içməli su yerləşdirilməlidir. Həmçinin həmin şəxslərə gül dəstələri və hədiyyələrin təqdim edilməsi qadağan olunub.
Oxşar xəbərlər
Sabah 33 dərəcə isti olacaq - PROQNOZ
Azərbaycanda iyunun 11-də 33 dərəcə isti olacaq. BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasın...