Siyəzəndə məhəllələrdə abadlıq işləri görüləcək - Yarım milyonluq LAYİHƏ
Yeniliklərdən dərhal xəbərdar olun
Siyəzən şəhərinin infrastrukturunun yenilənməsi və şəhər mühitinin daha müasir formada qurulması istiqamətində yeni layihəyə başlanılır.
BAKU.WS-in məlumatına görə, Siyəzən Rayon İcra Hakimiyyəti şəhərin küçə və məhəllələrində abadlıq işlərinin həyata keçirilməsi ilə bağlı tender elan edib.
Layihənin ümumi dəyəri 521.138,64 AZN təşkil edir. Yeni abadlıq planına əsasən, şəhərin Bəxtiyar Vahabzadə və Feyyaz Əliməmmədov küçələrində bir sıra mühüm infrastruktur işlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Bu abadlıq layihəsi Siyəzənin küçə və məhəllə mühitini daha təhlükəsiz, funksional və estetik hala gətirmək məqsədi daşıyır.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...