Şirkət internet çəkdi, işçilərin maaşını vermədi: "Adıma 3200 manat vergi borcu yaranıb, ödəmirlər"
"Upsilon" şirkəti 2024-2025 ci illərdə Lerikdə internet xətti çəkilişlərinə başlayıb. Layihə çərçivəsində rayon üzrə 40-a yaxın şəxs işə cəlb olunub və onlarla əmək müqaviləsi imzalanıb.
Baku TV-nin xəbərinə görə, işçilərin sözlərinə görə, işlərin başlamasından 1-2 ay sonra işəgötürən tərəf əməkhaqlarını ödəyə bilməyib.
"2024-cü ilin mayından iyulunadək müqavilə ilə işlədim. Aylıq 1 000 manata razılaşmışdıq, iki ay işlədim. 2 000 manat alacağım var. Mənim VÖEN-imdən istifadə etdilər, pullar mənim hesabıma köçürülürdü. İndi adıma 3200 manat vergi borcu yaranıb, amma ödəmirlər", - deyə şikayətçilərdən biri bildirib.
İşçilər həmçinin ağır şəraitdə çalışdıqlarını vurğulayıblar:
"Bizi dağlıq ərazilərə aparırdılar, yükləri çiynimizdə daşıyırdıq, amma pulumuzu ala bilməmişik".
Məsələ ilə bağlı şirkətdən bildirilib ki, "Upsilon" Lerikdə 3-4 subpodratçı sahibkarla müqavilə bağlayıb.
"Lerikdə işlər tam yekunlaşmayıb. Burada söhbət sənədləşmə və layihə işlərindən gedir. Çalışırıq ki, yaxın 2-3 ay ərzində sənədləşmə işləri bitsin. Bundan sonra subpodratçı sahibkarlara ödənişlər tam veriləcək", - deyə şirkətin açıqlamasında qeyd olunub.
Oxşar xəbərlər
Bakı metrosunda qatarların hərəkəti tam bərpa olunub
"Bakı Metropoliteni" QSC-də qatarların hərəkəti tam bərpa olunub və sistem tam gücü ilə fəaliyyət göstərir. BAKU.WS səhmdar cəmiyyətinə istinadən xəbər verir ki...