Şirkət azərbaycanlı turistləri aeroportda çarəsiz qoydu - "Shani Travel" qayıdış bileti almayıb?
Bakıdan İordaniya-Misir istiqamətində tur paketi alan bir qrup Azərbaycan vətəndaşı ciddi problemlə üzləşib.
BAKU.WS-in "qaynar xətti"nə daxil olan məlumata görə, "Shani Travel" şirkətindən paket alan turistlər "Şarm əl-Şeyx" hava limanında saatlarla gözləməli olub.
Şikayətçilərdən biri - Hüseynov Saməddin Rəşid oğlu BAKU.WS-ə bildirib ki, qrup halında səfərə çıxan 21 nəfər artıq 10 saatdır hava limanında qalıb və onlara qayıdış biletinin alınmadığı deyilib.
O əlavə edib ki, qayıtmaq üçün 900 AZN bilet pulu lazımdır və turistlərdə bu məbləğ yoxdur.
Məsələ ilə bağlı "Shani Travel" şirkəti ilə əlaqə saxladıq və turistlərə qayıdış biletinin alınıb-alınmadığını dəqiqləşdirməyə çalışdıq. Şirkətdən BAKU.WS-ə azərbaycanlı turistlərin "Şarm əl-Şeyx" hava limanında qalmaları təsdiqlənib:
"Azərbaycanlı tauristlər üçün Qahirədən Bakıya bilet alınıb. Sadəcə transfer turistləri gecikdirdiyi üçün onlar uçuşu qaçırdıblar. Turistlərə qeydiyyatdan bitəndən sonra hava limanına çatıblar. Turistləri hava limanına vaxtında çatdırmaq bizim şirkətin boynunda olub. Əməkdaşlıq etdiyimiz şirkət ucbatından tursitlər vaxtında hava limanına çatdırılmayıblar. Bu vəziyyətdə hər şey şirkət tərəfindən qarşılanır. Hazırda danışıqlar aparırıq və bir gecə qaldıqdan sonra Bakıya yola salınacaq".
Oxşar xəbərlər
Naxçıvan şəhərinə istilik verilib
Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsi abonentlərin istiliklə təchizatına start verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 2025-2026-cı illərin qış...