Şüvəlanda kəsilən ağaclarla bağlı nazirlikdən AÇIQLAMA - FOTO/VİDEO

Şüvəlanda kəsilən ağaclarla bağlı nazirlikdən AÇIQLAMA - FOTO/VİDEO
Foto Video
Sosial 117

Xəzər rayonu Şüvəlan qəsəbəsindəki küçələrdən birində səkidə bitən ağaclar naməlum şəxslər tərəfindən kəsilib.

Bu bardə BAKU.WS-in "Qaynar xətti"nə görüntülər daxil olub.Ərazidə yaşayan sakinlər bildirir ki, lentə aldıqları görüntü qəsəbənin Mir Mövsüm ağa ziyarətgahına gedən yolunda lentə alınıb.

Şikayətçi videoda "Səki yox səkidəki ağaclar yoxdur"- deyə, qeyd edib.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etdik.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Dünya Əhmədova BAKU.WS-ə bildirilib ki, həmin ərazidəki ağaclar quru və qəzalı vəziyyətdə olduğundan kəsilib:

"Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Almas İldırım küçəsində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olmuş şikayət Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Araşdırma zamanı sözügedən ərazidəki quru ağacların rəy əsasında Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən götürüldüyü müəyyən olunub.

Qeyd edək ki, Bakı şəhəri ərazisində quru və qəzalı vəziyyətdə olan ağacların götürülməsi işləri Dövlət Ekoloji Ekspertiza Agentliyinin verdiyi müvafiq rəy əsasında Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən həyata keçirilir".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər