Şüşə, işlənmiş batareya və plastik tullantı təhvil verən vətəndaşlara ağac tingləri paylanılıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və “ASAN Könüllüləri” Təşkilatının “Yaşıl ASAN” proqramının birgə təşkilatçılığı ilə növbəti “Tullantıları tinglərə dəyiş” ting paylama aksiyası 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısında keçirilib.
Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, “Bir ağac - min nəfəs” devizi altında keçirilən aksiya zamanı vətəndaşlar şüşə, işlənmiş batareya və plastik tullantı təhvil verib, əvəzində isə onlara ağac tingləri paylanılıb.
Növbəti aksiya martın 4-ü 13:00-da 6 saylı “ASAN xidmət” mərkəzinin qarşısında keçiriləcək.
Qeyd edək ki, tingpaylama aksiyalarının keçiriləcəyi ərazilərlə bağlı elanlar nazirliyin saytında (eco.gov.az) və sosial şəbəkə hesablarında öncədən paylaşılır.
ETSN hər kəsi növbəti aksiyalarda fəal iştirak etməyə, ağac əkməklə təbiətə töhfə verməyə, tullantıların sayının azaldılmasına və təkrar emala dəstək olmağa çağırır.
Vətəndaşlar əldə etdikləri tinglərin əkilməsi ilə bağlı şəkilləri sosial şəbəkələr vasitəsilə nazirliklə bölüşə bilərlər.
Qalereya
Oxşar xəbərlər
“Plastik butulkanı ekoçantaya dəyiş” aksiyası davam edir
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən start verilmiş “Plastik butulkanı ekoçantaya dəyiş” aksiyası “Bravo” marketlər şəbəkəsi ilə birgə Əhmədli qəsə...