İşsiz və işaxtaran şəxslərin NƏZƏRİNƏ: Məsləhət xidmətləri göstəriləcək

İşsiz və işaxtaran şəxslərin NƏZƏRİNƏ: Məsləhət xidmətləri göstəriləcək
Sosial 361

Dövlət Məşğulluq Agentliyi pandemiya dövründə peşəyönümü məsləhət xidmətlərinin hədəf qruplarına daha əlçatan olması üçün “Alo Karyera” dəstək xidmətini istifadəyə verib.

Agentlikdən BAKU.WS-ə verilən məlumata görə, işsiz və işaxtaran şəxslərə “Alo Karyera” vasitəsilə operativ şəkildə peşəyönümü məsləhət xidmətləri göstəriləcək.

Xidmətdən yararlanmaq üçün vətəndaşlar bu gündən etibarən Dövlət Məşğulluq Agentliyinin rəsmi saytında “Layihələr” bölməsinə daxil olaraq qeydiyyatdan keçə bilərlər. Hər bir müraciət peşəyönümü məsləhətçiləri tərəfindən yoxlanıldıqdan sonra vətəndaşlarla əlaqə saxlanılacaq, görüş üçün vaxt təyin ediləcək və onlayn formada dəstək göstəriləcək.

“Alo Karyera” dəstək xidmətinə karyera planlaması, məqsədlərin təyin olunması, ixtisas seçimi, əmək bazarı və iş axtarışı, CV-lərin hazırlanması, müsahibəyə hazırlıq və s. ilə bağlı məlumat və tövsiyyələrin verilməsi, bu sahələrdə zəruri köməkliyin göstərilməsi daxildir.

Qeydiyyatdan keçmək üçün linkə daxil ola bilərsiniz.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Ali məktəblərə ixtisas seçimi başladı

Ali məktəblərə ixtisas seçimi başladı

Bu gündən ali təhsil müəssisələrinə qəbul olunmaq üçün ixtisas seçimi başlayır. İxtisas seçimi sentyabrın 20-dək internet vasitəsilə aparılacaq. BAKU.WS Dövlət...

105 Sosial 09:40 10 sentyabr 2020

Son xəbərlər