Şimşək, leysan... - FAKTİKİ HAVA
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda hazırda müşahidə olunan faktiki hava açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, avqustun 24-ü səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, ayrı-ayrı yerlərdə intensiv və güclü olub.
Düşən yağışın miqdarı Balakən-Şəki zonasında 11-70, Mərkəzi Aran rayonlarında 5-34, Kiçik Qafqazda 4-12, Naxçıvan Muxtar Respublikasında 8-15, Qazax-Gəncə zonasında 2-10, Bakıda və Abşeron yarımadasında 2-7 mm təşkil edib.
Şimal-qərb küləyi səhər saatlarından tədricən 7-12 m/s-dək mülayimləşib.
Avqustun 23-də Bakıda havanın temperaturu iqlim normasından 6-7 dərəcə aşağı olub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 21-23, Aran rayonlarında 17-23, dağlıq rayonlarda 12-14, Naxçıvan MR-da 18-25 dərəcə isti olub.
Oxşar xəbərlər
Bu ay havanın temperaturu 40 dərəcəyədək yüksələcək
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən iyun ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə bir qədər normadan yüks...