Şəhidimiz dəfn edildi - YENİLƏNİB - FOTO

Şəhidimiz dəfn edildi - YENİLƏNİB - FOTO
Foto
Sosial 96

Vətən müharibəsinin şəhidi Verdiyev Eldəniz Rabil oğlu dəfn edilib.

BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, şəhidimiz Göygöl rayon Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Şəhidimiz dəfn edildi - YENİLƏNİB - FOTO

Şəhidimiz dəfn edildi - YENİLƏNİB - FOTO

Şəhidimiz dəfn edildi - YENİLƏNİB - FOTO

*** 10:19 Vətən müharibəsinin şəhidi Eldəniz Verdiyevlə anadan olduğu Göygöl rayonunda vida mərasimi keçirilir.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, şəhidin nəşi Göygölün Murovdağ qəsəbəsinə, yaşadığı evə gətirilib.

Vida mərasimində şəhidin yaxınları, hərbçilər, rayon İcra Hakimiyyətinin, ictimaiyyətin nümayəndələri iştirak edir.

Şəhid Göygöl rayon Şəhidlər xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, Göygöl rayonu, Murovdağ qəsəbə sakini, 1999-cu il təvəllüdlü Verdiyev Eldəniz Rabil oğlunun nəşinin iyunun 2-də Murovdağ istiqamətində tapıldığı açıqlanıb.

Müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu (MAHHXQ) olan Eldəniz Verdiyev Vətən müharibəsinin ilk günlərində itkin düşüb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər