Şəhid əmanətinə yardım: Baku TV-nin çağırışı cavabsız qalmadı – VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Xəbər verdiyimiz kimi, Baku TV bir neçə gün öncə küçələrdə salfet sataraq ailəsinə kömək edən Əli Həbibovun evində olub.
Əlinin evi maşının yük daşınan hissəsidir. O, bu evdə anası və bacısı ilə birgə yaşayır.
Bir neçə il öncə Əli Quliyev Şəhriyarla tanış olur. Şəhriyar bu ailəyə kömək olub, hər ay onların ziyarətinə gəlib.
Quliyev Şəhriyar Nəsib oğlu 44 günlük vətən müharibəsində adını tarixə qanla yazdıran şəhidlərimizdən biridir.
Baku TV-nin çəkilişindən sonra adının çəkilməsini istəməyən bir şəxs Əlinin yaşadığı yerdə olanlara ev tikdirir.
Daha ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Maşının yük yerində yaşayan, salfet satan oğlan - Xüsusi Reportaj
"Əlinin 10 yaşı var. Onunla salfet satarkən tanış oldum. Hava çox soyuq olduğuna görə Əliyə "bu günlük bütün salfetlərini mən alacam" dedim və ondan xahiş etdim...