Şəhid atasının yanında şəkil çəkdirən jurnalistdən AÇIQLAMA

"2 gündür ki, cəbhə bölgəsindəyik. Gecələr yatmırıq, o şəklə görə hamı məni qınayır. Əslində o şəklin çəkilmə səbəbi bayraq sevgisidir".
BAKU.WS xəbər verir ki, bu sözləri AZXEBER.COM-a açıqlamasında jurnalist Rəşad Borcəli deyib.
O, Tovuzda şəhid atası müsahibə verərkən bayrağa sarılıb, şəkil çəkdirib və buna görə kəskin tənqid olunub.
Jurnalist bildirib ki, fotonu səhifəsindən kimsə götürüb və yanlış başlıqla yayıb: "Yaxın bir insan bu şəkli götürüb və "jurnalist ağladı" başlığı ilə yayıb. Əslində isə burada mən bayraq sevgimi göstərmək istəmişdim".
Bu gün sosial şəbəkələrdə yayımlanan görüntülər səs-küyə səbəb olub.
Oxşar xəbərlər
Prezident nazir Sahil Babayevi qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edib. BAKU.WS xəbər verir ki, ölkəmizdə həyata...
