Şəhid analarının hissləri ilə oynayan ucuz şou həvəskarları

Şəhid analarının hissləri ilə oynayan ucuz şou həvəskarları
Sosial 560

Uzun illərdir həsrət qaldığımız qələbəni şəhidlərimizin qanı hesabına qazandıq. Bizə qələbə hissini yaşadan şəhidlərimizə hörmət, onların adını əbədiləşdirmək hər birimizin borcudur.

Bizim xalq üçün şəhidlərimizlə əlaqəli olan istənilən məqam çox həssasdır. Belə həssas məqamda isə onlarla bağlı atılan hər addım 100 ölçülməli, bir biçilməlidir. Çünki şəhidlərimizlə bağlı hətta xoş məramlı addım da sonradan insanlarda ikrah və qəzəb yarada bilər. Necə ki, bu gün Suraxanı Rayon İcra Hakimiyyəti rəhbərliyi tərəfindən atılan addım birmənalı qarşılanmadı və insanlarda ikrah hissi yaratdı.

Belə ki, Suraxanı rayonunda 21 yaşında şəhidlik zirvəsinə ucalmış leytenant Əliyev Samir Əliheydər oğlunun doğum günü qeyd edildi. Şəhidin ad günündə onun şərəfinə salınan parkın və inşa edilən bulağın açılış mərasimi keçirilib.

Açılış mərasimində icra başçısı Əziz Əzizov, müavinləri, RİHBA-nın şöbə müdirləri, Zığ qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və bələdiyyə sədri, Şəhid Ailələrini Müdafiə Cəmiyyətinin Suraxanı rayon şöbəsinin sədri, şəhid anaları, 55 saylı tam orta məktəbin pedaqoji və şagird heyəti, Samir Əliyevin hərbçi yoldaşları iştirak ediblər.

Mərasimdə tort nümayiş etdirilib. Guya kreativ fikir kimi tortun üzərinə şəhidimizin fotosu vurulub. Ən dəhşətli məqam isə odur ki, tortu kəsmək üçün həmin şəhidin anasına bıçaq veriblər.

Bu görüntülər sosial şəbəkələrdə sürətlə yayıldı və haqlı olaraq insanların etirazına səbəb oldu. Ümid edirik ki, bundan sonra səlahiyyətli şəxslər şəhid yaxınlarının hisslərinə toxunmayaraq bu qəbildən ucuz şouya getməyəcək və bu insanların problemlərini həll etməklə məşğul olacaqlar.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

İcbari tibbi sığorta ilə bağlı əhaliyə VACİB XƏBƏR  - SİYAHI AÇIQLANDI

İcbari tibbi sığorta ilə bağlı əhaliyə VACİB XƏBƏR - SİYAHI AÇIQLANDI

Yanvarın 1-dən ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Lakin insanlarda hansı tibb müəssisəsinin Səhiyyə Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdar...

20787 Sosial 12:35 21 yanvar 2020

Son xəbərlər