Şəhid ailəsi üzvləri və qazilər üçün vakansiyaların sayı AÇIQLANDI
Yeniliklərdən dərhal xəbərdar olun
Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatı məqsədilə başladılan “Məşğulluq marafonu”na Bakı və ölkəmizin bölgələri üzrə artıq 163 işəgötürən qoşulub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, həmin işəgötürənlərin 89-u xidmət, 54-ü emal, 16-sı kənd təsərrüfatı, dördü tikinti sahələri üzrə fəaliyyət göstərir. Onlar tərəfindən elektron sistemə 587 vakansiya təqdim edilib.
Təqdim edilən vakansiyalar üzrə şəhid ailələrinin üzvlərinə, müharibədə yaralanmış qazilərimizə iş yerləri ilə təmin olunmaları üçün göndəriş verilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan marafona qoşulmaq istəyən işəgötürənlər bu məqsədlə vakansiyalarını linkinə daxil olmaqla göndərə bilər.
Oxşar xəbərlər
Bu sahələrdə əməkhaqqının bir hissəsi işsizlikdən sığorta vəsaiti hesabına ödəniləcək
Nazirlər Kabinetinin qərarı ilə “Sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirli...