Şəhid ailələri üzvlərindən daha 1 300-dək şəxsə pensiya təyin olunub
Yeniliklərdən dərhal xəbərdar olun
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən şəhid ailəsi üzvlərinə müvafiq sosial ödənişlərin təyinatı işləri davam etdirilir.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən BAKU.WS-ə verilən məlumata görə, fond 44 günlük Vətən müharibəsi şəhidlərinin ailə üzvlərindən 1300-dək şəxsə sosial təminat növləri üzrə ödənişlərin – Prezidentin aylıq təqaüdünün, həmçinin pensiya və müavinətlərin təyinatını həyata keçirib.
Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların ailə üzvlərinin və müharibə iştirakçılarının sosial təminat hüquqlarının təminatına operativ dəstək göstərilməsi xüsusi diqqətdə saxlanılır.
Oxşar xəbərlər
Şəhid ailələrinə pensiya, müavinət və təqaüd təyin edilib
Dövlət Sosial Müdafiə Fondu şəhid ailələri üzvlərindən artıq minədək şəxsə pensiya, müavinət və təqaüd təyinatı aparıb. BAKU.WS xəbər verir ki, Əmək və Əhalinin...