Şahin Bağırov Baş Gömrük İdarəsi rəisini vəzifəsindən azad etdi
27
dek
2022
10:38
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki Mehman Sadıqov vəzifəsindən azad edilib.
BAKU.WS Unikal-a istinadla xəbər verir ki, bununla bağlı Komitə sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırov əmr imzalayıb.
Hələlik Mehman Sadıqovun yerinə təyinat yoxdur.
Qeyd edək ki, Mehman Sadıqov Komitənin sabiq sədri Səfər Mehdiyevin əmri ilə bu ilin yanvar ayında Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Oxşar xəbərlər
Səfər Mehdiyevin daha bir adamı işdən çıxarıldı - FOTO
Dövlət Gömrük Komitəsinin (DGK) sabiq sədri, general-polkovnik Səfər Mehdiyevə yaxınlığı ilə tanınan daha bir yüksək vəzifəli şəxs işdən çıxarılıb. BAKU.WS Qayn...