Şagirdlərin psixoloji pasportları hazırlanır - Bu sənəddə nələr öz əksini tapacaq? - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Son günlər paytaxt məktəblərində şagirdlərin yol verdikləri neqativ hallarla bağlı müxtəlif süjetlər təqdim etmişik. Bu məsələ məktəblilərin psixoloji durumunun monitorinqini aktuallaşdırır. Şagirdlərin psixoloji durumunu nəzarətdə saxlayan mexanizm hazırlanır. Söhbət psixoloji pasportlardan gedir. Bəs şagirdlər haqqında məlumatlar necə toplanacaq?
BAKU.WS xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin direktoru İlkin Həsənov "Xəzər Xəbər"ə deyib ki, məktəblərdə tədris prosesi təkcə şagirdlərin akedemik biliklərinin artırılmasından ibarət deyil.
Onun sözlərinə görə təhsil ocaqlarında eyni zamanda məktəblilərin psixiloji durumu da nəzartdə saxlanılmalıdır. Onun sözlərinə görə psixiloji pasportların yaradılmasına hazırlıq işləri görülür. Qeyd edib ki, layihənin icrası ilə bağlı işlərə bir neçə ay bundan əvvəl start verilib. Son günlər məktəblərdə yaşanan hadisələr isə şagirdlərin psixoloji pasportunun hazırlanmasını daha da aktual edib.
İlkin Həsənov psixoloji pasportların hansı əsaslarla hazırlanacağına aydınlıq gətirib. O bildirib ki, pasportlar məktəb direktoru, sinif rəhbəri və psixoloqun şagird haqqında məlumatları əsasında formalaşdırılacaq. Mərkəz direktoru hesab edir ki, psixoloji pasportlarda qeyd olunan məlumatlar gizli saxlanılacaq.
İlkin Həsənov əlavə edib ki, layihə ilkin olaraq paytaxt məktəblərində təhsil alan şagirdləri əhatə edəcək.
Oxşar xəbərlər
Şagirdlərin kütləvi vaksinasiyası nəzərdə tutulur? - AÇIQLAMA
Mayın 17-dən etibarən Bakı və Sumqayıt şəhərlərində, o cümlədən Abşeron rayonundakı ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) tədris həftədə 2 dəfə, ibti...