Şagirdləri döyən direktorla bağlı polisdən RƏSMİ AÇIQLAMA - VİDEO

Şagirdləri döyən direktorla bağlı polisdən RƏSMİ AÇIQLAMA - VİDEO
Video
Sosial 3407

"Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktorunun şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu videogörüntülərdən məlumatlıyıq. Ərazi üzrə - Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır".

BAKU.WS xəbər verir ki, bu sözləri Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib:

"Hazırda təhqiqat qrupu məktəbdədir. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək".

***15:36

Bakıda 9 nömrəli tam orta məktəbdə şagirdləri döyən direktor Zinyət Əhmədova ilə bağlı nazirlik hərəkətə keçib.

Bu barədə BAKU.WS-ə Təhsil Nazirliyindən bildirilib:

"Direktorun şagirdi döyməsi faktı araşdırılacaq və ictimaiyyətə bu barədə ətraflı məlumat veriləcək".

***14:27

Bakı şəhərində məktəb direktoru şagirdləri döyüb.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, paytaxtda fəaliyyət göstərən 9 nömrəli tam orta məktəbin direktoru Zinyət Əhmədova təhsil ocağında şagirdlərə əl qaldırıb.

Onun bu hərəkəti kameraya düşüb.

Həmin görüntüləri təqdim edirik:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər